08:25
04 Mart 2020

Gürcüstan Səhiyyə Nazirliyi koronavirusla əlaqədar nağdsız ödənişlərə keçməyi tövsiyə edib

Gürcüstan Səhiyyə Nazirliyinin Milli Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Mərkəzinin direktoru Amiran Qamkrelidze yeni növ koronavirusun yayılması ilə mübarizə üçün sakinlərə mal və xidmətlərin ödənişi zamanı nağdsız ödənişlərə keçməyi təklif edib.

APA “TASS”-a istinadən xəbər verir ki, Qamkrelidze bu barədə jurnalistlərə bildirib.

“Çin tamamilə virtual valyutaya keçib, yəni bütün ödənişlər elektron qaydada həyata keçirilir. Biz də nağdsız ödəmələri etməyə çalışmalıyıq, lakin nağd ödəniş məcburidirsə, bundan sonra əllərinizi mümkün qədər hərtərəfli təmizləməlisiniz”, - Qamkrelidze belə deyib.

Qeyd edək ki, qonşu Gürcüstanda artıq üç koronavirus infeksiyası aşkarlanıb, yoluxmuş hər üç şəxs ölkə vətəndaşlarıdır. 137 nəfər isə karantində saxlanılır.

Dİgər xəbərlər