"World harmony” musiqi müsabiqəsinə yekun vuruldu
25 fevral 2020 12:19 (UTC +04:00)

"World harmony” musiqi müsabiqəsinə yekun vuruldu

M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında gənc ifaçıların “World harmony” lll beynəlxalq klassik və folklor musiqi müsabiqəsinə yekun vurulub.

Lent.az xəbər verir ki, yarışmada müxtəlif yaş qrupları üzrə respublikamızın və dünyanın müxtəlif ölkələrindən (Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Ukrayna) ifaçılar iştirak ediblər.

Müsabiqə instrumental solo (fortepiano, simli alətlər, nəfəs və zərb alətləri, xalq çalğı alətləri), vokal (akademik, milli, estrada), rəqs və instrumental ansambllar (klassik və milli), vokal ansambllar (akademik və milli), xor və rəqs kollektivləri nominasiyaları üzrə təşkil edilib.

Üç turdan ibarət olan müsabiqədə bütün iştirakçılar diplomla, qaliblər isə diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, müsabiqə “Harmoniya” Gürcü Folkloru və Klassik Musiqisinin İnkişafı Birliyi, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi və Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə reallaşıb.

# 2776
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar