Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edən dövlət və hökumət başçılarının rəsmi qarşılanma mərasimi başlayıb.
APA-nın Bişkekə ezam olunmuş müxbiri xəbər verir ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov sammit iştirakçılarını “Yrys Ordo” Konqres Mərkəzində qarşılayır.