Yağlı dərisi olanlar nə etməlidir?
22 fevral 2020 19:43 (UTC +04:00)

Yağlı dərisi olanlar nə etməlidir?

İnsanların bir çoxu yağlı dəriyə sahibdir. İstər üz dərisinin yağlı olması, istərsə də saçların tez-tez yuyulmasına baxmayaraq, yağlanması ən çox rast gəlinən şikayətlərdəndir. Ələlxüsus da qadınlar bu problemindən əziyyət çəkirlər.

Dermatoveneroloq, uzman həkim Mehdi İskəndərli də bildirub ki, yağlı dəri problemi ilə pasientlər tez-tez dermatoloq həkimə müraciət edirlər. Onun sözlərinə görə, dəri yağlılığı dərinin normal bir forması olmasına rəğmən xəstələrdə ciddi diskomfort yaradan bir haldır. Dermatoloq ümumiyyətlə, dərinin beş tipinin - quru dəri, yağlanmış dəri, qarışıq dəri, həssas dəri, normal dəri- olduğunu deyib:

“Yağlı dəri forması ən sıx görülən dəri formalarından biridir. Belə xəstələr adətən üz dərisində parıltı və yağlanma, gözənəkləri böyüməsi şikayətləri ilə müraciət edirlər. Paralel şəkildə saçlarda yağlanma da meydana gələ bilər. Dəri və saç yağlanması tək başına bir problem olmaqla yanaşı başqa dəri xəstəliklərinin də yaranmasına səbəb ola bilər. Saçlarda qabıqlanma, saçlarda kəpəklənmə, saçlarda qızartı, üzdə sızanaq, kürəkdə çivzələr kimi dəri xəstəliklərinə səbəb ola bilərlər. Dərinin yağlanması probleminə hiperseborreya deyilir. Hiperseborreya səbəbi bəzi insanlarda daxili sistem xəstəliklərini xüsusən daxili sekresiya vəzlərinin xəstəlikləri fonunda da yara bilər. Odur ki, dəri həkimi ehtiyac gördüyü halda xəstəni xüsusi testlərdən keçirdə bilər”.

Həkim vurğulayıb ki, dərinin yağlanması probleminin çarəsi var. Belə xəstələr daima düzgün kremlərdən, losionlardan, sabunlardan, yaxlama gellərindən və şampunlardan istifadə etməlidirlər. Yağlı saçlara sahib insanlar hər gün dər həkimi tərəfindən təyin edilmiş şampunlarla yumalıdırlar. Üz dərisinə dermatoloq tərəfindən təyin edilmiş yerli vasitələrlə hər gün qulluq göstərilməlidir. Lakin, həm yağlı dəri, həm də yağlı saçlar problemini daxilə qəbul edilən preparatlarla həll etmək mümkündür. 

Dermatoloq ehtiyac gördüyü təqdirdə bu cür dərmanları təyin edərək yağlı dəri problemini həll edə bilər. Hətta bu preparatlar dəri yağlanması probleminin biryolluq həllini də vəd edir.

e-tibb.az

# 5667
avatar

Oxşar yazılar