Azərbaycanlı qardaşlar bir-birini bıçaqladı - RUSİYADA
20 fevral 2020 10:32 (UTC +04:00)

Azərbaycanlı qardaşlar bir-birini bıçaqladı - RUSİYADA

Rusiyanın Sestroretsk şəhərində bıçaqlanma baş verib.

Lent.az-ın məlumatına görə, hadisə şəhərin Voladarski küçəsi 74 ünvanında qeydə alınıb. İki azərbaycanlı qardaşın spirtli içki qəbul etdikdən sonra aralarında mübahisə yaranıb. Nəticədə 32 yaşlı azərbaycanlı öz kiçik qardaşını bıçaqlayıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları zərərçəkəni xəstəxanaya, digərini isə polis bölməsinə aparıblar.

# 1506
avatar

Oxşar yazılar