
32 saylı Üçüncü Seçki Dairəsində 3 seçki məntəqəsinin nəticələri ləğv edildi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən namizədliyi qeydə alınan Fikrət Cəfərli və Vəlican Rəcəbovun müraciətinə baxılıb.
APA-nın məlumatına görə, MSK üzvü İlkin Şahbazov bildirib ki, araşdırma 3 istiqamətdə aparılıb: “Araşdırma zamanı 4, 8 və 9 saylı seçki məntəqələrində pozuntular aşkar edilib. Həmin məntəqələrdə səsvermənin nəticələri etibarsız hesab edilib”.
İ.Şahbazov xatırladıb ki, həmin məntəqələrdən birində seçki günü işıqlar sönüb: “Lakin videogörüntülərdən aydın olur ki, müşahidəçilər işıqlar sönəndə seçki qutularının yanında durub, heç kimi yaxınlaşmağa qoymayıblar”.
MSK-nın iclasında müraciət müzakirəyə çıxarılıb, qeyd olunan məntəqələrdə səsvermənin nəticələri ləğv olunmaqla, şikayət qismən təmin edilib.
Qərar 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsində seçkinin ümumi nəticələrinə təsir etməyib.
Bu dairədə lider namizəd Afət Həsənovadır.

Oxşar yazılar

Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etdi
20 yanvar 2021 , 12:08
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO
20 yanvar 2021 , 12:00
20 Yanvar faciəsindən 31 il ötür
20 yanvar 2021 , 00:54
Prezident 20 Yanvarla bağlı paylaşım etdi
19 yanvar 2021 , 23:08
Şuşa Türk dünyasının mədəni paytaxtı elan edilə bilər
19 yanvar 2021 , 16:44
Dağlıq Qarabağın Azərbaycanlı İcması Şuşaya köçürülür
19 yanvar 2021 , 15:01
İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edildi
19 yanvar 2021 , 14:11
Qarabağ Dirçəliş Fondu ilə bağlı yeni FƏRMAN
19 yanvar 2021 , 12:12