Ermənistan 17-25 iyun tarixlərində öz ərazisində ABŞ ilə birgə keçirilən ənənəvi “Eagle Partner 2026” hərbi təlimlərinə ev sahibliyi edəcək.
Lent.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, bu il təlimlərə Fransa və Yunanıstandan olan hərbçilər də qoşulacaqlar.
Məlumata görə, təlimlər beynəlxalq sülhməramlı missiyalarda iştirak üçün hazırlıq çərçivəsində keçiriləcək.
Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının 250 hərbçisi, ABŞ Ordusunun Avropa və Afrika Komandanlığının, Kanzas Milli Qvardiyasının 58 hərbçisi, Fransa ordusunun 24, Yunanıstanın isə 11 hərbi qulluqçusu iştirak edəcək.