“Liverpul” favoritdir deyə təslim olmalıyıq?”
18 fevral 2020 12:55 (UTC +04:00)

“Liverpul” favoritdir deyə təslim olmalıyıq?”

 

“Ən yaxşı oyunlarımızdan birini göstərməliyik”. 

Lent.az-ın məlumatına görə, bu sözləri İspaniyanın “Atletiko” klubunun qapıçısı Yan Oblak “Marca”ya açıqlamasında deyib.

Sloveniyalı qolkiper UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gecə “Liverpul”la keçirəcəkləri matç haqda fikirlərini bildirib. O, rəqibin gücündən bəhs etməklə yanaşı, komandasının meydana sərfəli nəticə üçün çıxacağını qeyd edib: “Liverpul” artıq 1 ildir ki, uduzmur. Çox güclü, layiqli rəqibdir. Favorit “Liverpul”dur. Ancaq bu o demək deyil ki, onlara istədiklərini etməyə imkan verməliyik. “Liverpul” favoritdir deyə təslim olmalıyıq? Əsla! Yaxşı oyun göstərmək və cavab görüşündən əvvəl növbəti mərhələyə çıxmaq şansımızı saxlamalıyıq. “Liverpul”un təkcə hücum triosu yox, bütün heyəti təhlükəli futbolçulardan qurulub. Odur ki, konkret kimlərəsə çox diqqət ayırsaq, düzgün olmaz”.

Qeyd edək ki, “Atletiko” - “Liverpul” matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

# 1764
avatar

Rizvan Babayev

Oxşar yazılar