
Yol polisi cərimələndi: görüntülərə görə

Tanınmış vəkil Bəhruz Bayramov apelyasiya məhkəməsində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə qarşı qaldırdığı iddianı qazanıb.
Bu barədə vəkil Bəhruz Bayramov Lent.az-a danışıb. Onun sözlərinə görə, barəsində qeydə alınan qayda pozuntusu təsdiq olunmadığı halda Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsi ona məxsus foto və videoları paylaşaraq nüfuzuna xələl gətirib:
“2018-ci il oktyabr 20-də iştirak etdiyim məclisdə az miqdarda içki içdiyim üçün ayıq sürücü sifariş edərək evimə yollandım. Yaşadığım ünvana çatdıqda ayıq sürücünü yola saldım və bundan heç 30-40 saniyə keçməmişdi ki, yol polisi əməkdaşları evimin qarşısında, ara küçədə məni saxladı. Onlara içkili olduğum üçün avtomobilimi ayıq sürücünün idarəetdiyini bildirsəm də xeyri olmadı. Barəmdə protokol tərtib etmək üçün məhkəməyə müraciət etdilər. Ancaq mən avtomobilimi ayıq sürücünün sürdüyünü təsdiq edən sənəd almışdım deyə, onların məhkəməyə müraciəti əhəmiyyətsiz oldu. Buna baxmayaraq, hadisə yerində çəkilən fotolar və videolar sayt və sosial şəbəkələrdə yayımlandı”.
Hadisə barədə foto və videoların yayılmasını qanunazidd olduğunu deyən vəkil, buna görə 4 şirkətlə bağladığı müqavilənin pozulduğunu dilə gətirib:
“Konstitusiyanın 63-cü (Təqsirsizlik prezumpsiyası) maddəsinə əsasən, hadisənin foto və videoları paylaşılmalı deyildi. Bu barədə həmçinin İnzibati Xətalar Məcəlləsinin 51.2-ci maddəsində göstərilir ki, şəxsin istəyi olmadan onun foto və videosunun paylaşılması qadağandır. Ancaq sonradan Daxili İşlər Nazirliyi də, Bakı şəhər Baş Polis İdarəsi də lentə alınan kadrların onlara məxsus olmadığını dedilər. Həmin paylaşımlara görə, 4 şirkət mənimlə bağladıqları müqaviləni pozdular. Təkcə həmin müqavilələrin rəsmi qiyməti 24 min manatdır. Dünən apelyasiya məhkəməsi isə mənim haqlı olduğumu təsdiq edərək, 1000 manat təzminat almağım barədə qərar çıxardı. Nə Yasamal rayon məhkəməsində, nə də dünən Bakı Apelyasiya Məhkəməsində baş tutan proseslərdə qarşı tərəfdən kimsə iştirak etmədi. Mən dəyən ziyanın tam ödənilməsi üçün növbəti dəfə Ali Məhkəməyə, orada da tələbim yerinə yetirilməsə Avropa İnsan Haqları Məhkəməsinə üz tutacam”.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Lent.az-a vəkil B.Bayramovun əməllərinin yol polisinin işinə kölgə saldığını və proseslə bağlı məlumatların idarənin vəkilində olduğunu bildirdi.
Xatırladaq ki, məlumatı ilk dəfə “Azadlıq” radiosu verib.
edsdsds.jpg)
Mehman Nəbiyev
Oxşar yazılar

Bakının əsas prospektində qəza: tıxac yarandı
19 yanvar 2021 , 19:10
"Lotu Quli"nin məzarı üstündə atışma: ölən var
19 yanvar 2021 , 18:35
Məşhur rektor vəfat etdi
19 yanvar 2021 , 16:48
Bakıda maşının vurduğu qadın öldü
19 yanvar 2021 , 12:18
Əmisini öldürüb evini yandıran sabiq polis hakim qarşısına çıxarılır
19 yanvar 2021 , 11:36
Polietilen torbalarla bağlı daha bir XƏBƏRDARLIQ - əks halda...
19 yanvar 2021 , 11:22
İnternetdə 168 kiloluq narkotik alveri - Xüsusi ƏMƏLİYYAT
19 yanvar 2021 , 10:56
Yol Polisindən sürücülərə müraciət
19 yanvar 2021 , 10:41