2211
15:08
10 Fevral 2020

Azərbaycanda gənc oğlan qətlə yetirildi - YENİLƏNİB

Goranboyda qətl törədən şəxs tutulub.

APA-nın məlumatına görə, hadisəni törətmək şübhəli bilinən Məmmədov Kamran Ələddin oğlu tutularaq istintaqa təhvil verilib.

***

Saat 13:21

Goranboyda qətl törədilib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 21 yaşlı İsgəndərov Faiq Kənan oğlu bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.