AĞIR QƏZA xəbəri yalan çıxdı - PROKURORLUQ
09 fevral 2020 14:19 (UTC +04:00)

AĞIR QƏZA xəbəri yalan çıxdı - PROKURORLUQ

"Bəzi kütləvi informasiya vasitələrində fevralın 9-da guya Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində 3 nəfərin ölümü, 7 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsinə dair məlumatlar yayılmışdır".

 

Lent.az bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov sosial şəbəkədəki səhifəsində xəbər verib: 

"Həmin informasiyalar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur.

Göstərilənlərlə əlaqədar, kütləvi informasiya vasitələrinin nümayəndələrindən bir daha xahiş olunur ki, sensasiya naminə reallığı əks etdirməyən məlumatların gələcəkdə yayılmaması, habelə bu kimi halların təkrarlanmaması məqsədilə həmin məlumatı dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün aidiyyəti qurumların Mətbuat xidmətləri ilə dəqiqləşdirsinlər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2639

Oxşar yazılar