Ən yeni texnologiyaların sınaqları üçün bu ölkədə "SUPERŞƏHƏR" tikiləcək
05 fevral 2020 19:31 (UTC +04:00)

Ən yeni texnologiyaların sınaqları üçün bu ölkədə "SUPERŞƏHƏR" tikiləcək

 

Yaponiya Nazirlər Kabineti "superşəhər"in yaradılması haqqında qanun layihəsini təsdiqləyib. Bu barədə yerli "NHK" teleradio şirkətinin məlumatında deyilir.

"ICTnews" Elektron Xəbər Xidməti "Belta" resursuna istinadən yazır ki, plana görə, "superşəhər"də ən son şəhər texnologiyalarının sınaqlarının keçirilməsi nəzərdə tutulur. Məsələn, məhsullar pilotsuz uçan aparatlar vasitəsi ilə çatdırılacaq, küçələrdə avtomatik idarəetmə sistemli avtomobillər hərəkət edəcək, bütün ödənişlər isə nağdsız aparılacaq.

"Superşəhər"in yaradılması süni intellekt texnologiyalarının geniş istifadəsinə gətirib çıxaracaq dördüncü sənaye inqilabının inkişafı üçün əsas rol oynayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1790

Oxşar yazılar