Ağır qəzada 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb
05 fevral 2020 09:50 (UTC +04:00)

Ağır qəzada 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb

Daxili İşlər Nazirliyi ötən sutka ərzində respublikada baş verən kriminal hadisələrin statistikasını açıqlayıb.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, gün ərzində törədilən 27 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 32 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş verən 2 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 930

Oxşar yazılar