Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?
19 sentyabr 2026 11:35 (UTC +04:00)

Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?

0

Traktorların arxa təkərlərinin ön təkərlərdən daha böyük olduğunu görmüsünüz. Bu fərq təsadüfi deyil və traktorun həm dartma gücünə, həm idarəetməsinə, həm də torpaqda hərəkət qabiliyyətinə təsir edir.

Lent.az xəbər verir ki, adi minik avtomobillərindən fərqli olaraq, traktorlar ağır yüklər daşıyır və tarlalarda, yumşaq torpaqda hərəkət etməli olur. Buna görə mühəndislər onların təkərlərini fərqli ölçüdə layihələndiriblər.

Böyük arxa təkərlər səthlə daha geniş təmas sahəsi yaradır. Bu isə yol və ya torpaqla ilişməni artırır, sürüşməni azaldır və traktorun palçıqda, yaxud yumşaq torpaqda ilişib qalmasının qarşısını almağa kömək edir.

Ön təkərlərin daha kiçik olması isə ilk növbədə idarəetmə ilə bağlıdır. Kiçik təkərlərin səthlə təmas sahəsi daha az olduğuna görə sükanı çevirmək daha rahat olur. Bu, həmçinin təkərlərin aşınmasını və tarlada torpağın zədələnməsini azalda bilər.

Arxa təkərlərin böyük olmasının digər səbəbi çəkini daha düzgün bölüşdürmək və dartma qüvvəsini artırmaqdır.

Arxa hissənin daha güclü olması traktora ağır qoşquları və kənd təsərrüfatı avadanlıqlarını çəkməyə imkan verir.

Böyük arxa təkərlər eyni zamanda əks-çəki rolunu oynaya bilər. Onların geniş təmas sahəsi traktorun çəkisini daha böyük səthə yayaraq torpağa düşən təzyiqi azaldır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 166

Oxşar yazılar