Pedroya təklif: “Çelsi”ni İtaliya klubuna dəyişə bilər
28 yanvar 2020 11:23 (UTC +04:00)

Pedroya təklif: “Çelsi”ni İtaliya klubuna dəyişə bilər

 

“Çelsi”nin futbolçusu Pedro Rodriges komandasını dəyişə bilər. 

Lent.az-ın məlumatına görə, ispaniyalı yarımmüdafiəçinin karyerasını İtaliyada davam etdirmək variantı yaranıb.

“Roma” 32 yaşlı futbolçunun xidmətində maraqlıdır. A Seriyası təmsilçisi zədəli oyunçuların çoxluğu üzündən heyətlə bağlı problemlə üzləşib. Bu səbəbdən baş məşqçi Paulo Fonseka rəhbərliklə söhbətində yarımmüdafiənin cinahlarının gücləndirilməsini, qış “transfer pəncərəsi” bağlanana qədər heyətə yeni oyunçu cəlb olunmasını istəyib. “Canavalar”ın qeyd olunan mövqe üçün ilk namizədi isə məhz Pedrodur. Cari mövsümdə “Çelsi”nin heyətində çox oynamaq imkanı əldə etməyən yarımmüdafiəçinin bu təklifi qəbul edəcəyi gözlənilir.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Pedro Rodriges 2015-ci ildən “Çelsi”nin formasını geyinir.

# 1334
avatar

Rizvan Babayev

Oxşar yazılar