Azərbaycanda borcu olan 31 nəfər saxlanıldı
23 yanvar 2020 12:57 (UTC +04:00)

Azərbaycanda borcu olan 31 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi ötən gün ərzində ölkədə baş verən kriminal hadisələrin statistikasını açıqlayıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, gün ərzində törədilmiş 36 cinayətin üstü “isti izlər”lə açılıb.  Əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması təmin olunub.    

Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında baş verən 1 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

# 949
avatar

Mehman Nəbiyev

Oxşar yazılar