Azərbaycan Prezidenti Davosda görüşlər keçirib
22 yanvar 2020 17:26 (UTC +04:00)

Azərbaycan Prezidenti Davosda görüşlər keçirib

Yanvarın 22-də Azərbaycan  Prezidenti İlham Əliyev Davosda Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşüb.

APA xəbər verir ki, görüşdə Azərbaycanla Monqolustan arasında əlaqələrin daha da dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb. Kənd təsərrüfatı sahəsində, xüsusilə heyvandarlıq sektorunda geniş əməkdaşlıq imkanlarının olduğu bildirilbi, mis və qızıl mədənləri sənayesi sektorunda investisiya imkanları müzakirə edilib.

Söhbət zamanı hazırda monqolustanlı tələbələrin Azərbaycanın universitetlərində təhsil aldıqları da qeyd olunub.

***

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Polşanın Prezidenti Andjey Duda ilə görüşüb.

APA xəbər verir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafı məsələləri müzakirə olundu, neft-qaz sektorunda əməkdaşlıq imkanlarının araşdırılması, həmçinin regionda və dünyada mövcud geosiyasi vəziyyət haqqında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı bu ilin iyun ayında Tallində keçiriləcək Üç Dəniz Təşəbbüsündə Azərbaycanın da iştirak etməsinin əhəmiyyəti vurğulanıb, Vışeqrad Qrupu və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub.

# 1125
avatar

Oxşar yazılar