Aygünlə Tünzalə barışdı? - VİDEO
21 yanvar 2020 16:15 (UTC +04:00)

Aygünlə Tünzalə barışdı? - VİDEO

Xalq artisti Tünzalə Ağayeva bir zamanlar küsülü olduğu həmkarı Aygün Kazımova barədə danışıb.

Lent.az-ın məlumatına görə, ifaçı “ATV maqazin onlarla” verilişində bildirib ki, Xalq artisti fəxri adı alanda A.Kazımova onu təbrik edib:

"İnsan minnətdar olmağı bacarmalıdır. Sənə qarşı jest olursa, buna müsbət baxmaq lazımdır. Əgər sən tərəfdən təbrik gələrsə, müsbət münasibət göstərmək mənim borcumdur. Üzümü çevirmək, təbriki qəbul etməmək yanlışdır. Mən ona ancaq minnətdaram. Biz sənətdə dostluq etməliyik. Buna ehtiyacımız var. Dava etmək hər zaman olur.

Yaradıcı anlamda niyə hər zaman bərabər ola bilmirik? Bir-birimizin uğuruna sevinirik, amma bunu niyə səhnəyə gətirmirik? Sənət dostluğu təkcə evdə olmamalıdır. Duet, birlikdə konsertlər olmalıdır".

Qeyd edək ki, A.Kazımova ilə T.Ağayeva illərdi küsülü idi.

# 2006
avatar

Yalçın UĞUR

Oxşar yazılar