Azyaşlıya qarşı soyğunçuluq edən yeniyetmələr saxlanıldı
18 yanvar 2020 14:19 (UTC +04:00)

Azyaşlıya qarşı soyğunçuluq edən yeniyetmələr saxlanıldı

Binəqədidə yetkinlik yaşına çatmayan şəxsə qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə ilə əlaqədar zərərçəkənin valideyni polisə məlumat verib. O, metronun “Azadlıq” stansiyasının yaxınlığında övladının 780 manatlıq “Samsung” markalı mobil tefonunun 3 nəfərin soyğunçuluq yolu ilə əlindən alındığını bildirib.

Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində soyğunçuluq edən əvvəllər məhkum olunmuş Tərtər rayon sakini Kamran Mirzəzadə və onunla birlikdə cinayətdə iştirak edən daha iki nəfər yetkinlik yaşına çatmayan şəxs tutulublar. Saxlanılan şəxslərin hər biri törətdikləri cinayəti etiraf ediblər. Dəstə üzvləri əldə etdikləri mobil telefonu hadisədən sonra satdıqlarını bildiriblər.

Faktla bağlı 5-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Dəstə üzvlərinin, xüsusən Kamran Mirzəzadənin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə mməlumat verə bilərlər.

# 943
avatar

Mehman Nəbiyev

Oxşar yazılar