Rayon sakini qulağından bıçaqlandı
03 yanvar 2020 03:30 (UTC +04:00)

Rayon sakini qulağından bıçaqlandı

 

 

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Fazil Əzimov küçəsində qeydə alınıb. 

1968-ci il təvəllüdlü Nəbiyev Vaqif Bahələddinoviç naməlum

şəraitdə sağ qulaq nahiyəsindən kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Görülən tibbi yardım sayəsində zərərçəkənin durumu stabilləşib.

Hadisənin başvermə səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1272

Oxşar yazılar