Azərbaycanda məcburi köçkün özünü öldürdü  - YENİLƏNİB
02 yanvar 2020 12:18 (UTC +04:00)

Azərbaycanda məcburi köçkün özünü öldürdü - YENİLƏNİB

Sumqayıt şəhərində intihara cəhd edən məcburi köçkün xəstəxanada dünyasını dəyişib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 40-cı məhəlləsində məcburi köçkünlərin məskunlaşdığı binaların birində baş verib. 51 yaşlı Rahil İsmixan oğlu Quluyev yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. Onkoloji xəstə və yeni əməliyyat olunan kişi ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

***

10:28

Sumqayıt şəhərində məcburi köçkün intihara cəhd edib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 40-cı məhəlləsində məcburi köçkünlərin məskunlaşdığı binaların birində baş verib. 51 yaşlı Rahil İsmixan oğlu Quluyev yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. Onun onkoloji xəstə və yeni əməliyyat olunduğu bildirilir.

Ağrılara dözməyən kişinin özünü öldürməyə cəhd etdiyi deyilir. O, ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3334

Oxşar yazılar