868
20:45
29 Dekabr 2019

İki avtomobil toqquşdu: sürücülər xəsarət alıb - FOTO

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Göyçay-Qaraxıdır-Alpoud yolunda, Ləkçiplaq kəndi ərazisində qeydə alınıb.

"VAZ 2106" və "VAZ 2103" markalı minik avtomobillərinin toqquşması nəticəsində hər iki avtomobilin sürücüsü - Qaraxıdır kənd sakini Abdullayev Taleh Rasim oğlu və Mırtı kənd sakini Nuriyev Ümman İlqar oğlu xəsarət alıb.

Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Dİgər xəbərlər