1419
09:59
29 Dekabr 2019

Maşının altında qalan sürücü öldü

Kürdəmirdə ölüm hadisəsi baş verib.

Lent.az -ın məlumatına görə, hadisə Bakı-Kürdəmir-Qazax yolunun 191-ci kilometrliyində qeydə alınıb. Astara rayon sakini, 42 yaşlı Bayramov İlham Nail oğlu "Mercedes" markalı, 99 ZA 799 dövlət qeydiyyat nişanlı yük maşınını yolda təmir məqsədi saxlayıb.

Qaldırıcı qurğu ilə avtomobil alt hissəsini təmir edərkən maşının sağ təkər hissəsinin anidən yerə sıxılması nəticəsində İ. Bayramov texnikanın altında qalaraq hadisə yerində ölüb.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.

Dİgər xəbərlər