“Vyetnam klubuna keçməmişəm” – Rüfət Dadaşovdan təkzib
28 dekabr 2019 15:41 (UTC +04:00)

“Vyetnam klubuna keçməmişəm” – Rüfət Dadaşovdan təkzib

0

Azərbaycan milli komandasının futbolçusu Rüfət Dadaşov karyerasını Vyetnamın “Nam Din” klubunda davam etdirməyəcək.

Bunu apasport.az saytına hücumçunun özü açıqlayıb.

Almaniyanın "Proyssen” klubunda çıxış edən forvard Asiya təmsilçisinə keçidi ilə bağlı yayılan şayiələrə münasibət bildirib. R.Dadaşov belə məlumatların əsassız və həqiqətdən uzaq olduğunu qeyd edib: "Xeyr, Vyetnam klubuna keçməmişəm. Bunu kim yazıb, bilmirəm".

Qeyd edək ki, 28 yaşlı hücumçunun "Proyssen Münster"lə müqaviləsi mövsüm sonunda başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1023

Oxşar yazılar