AMEA Rəyasət Heyətinin yeni tərkibi seçildi
28 dekabr 2019 14:52 (UTC +04:00)

AMEA Rəyasət Heyətinin yeni tərkibi seçildi

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yeni tərkibi müəyyən edilib.

APA-nın məlumatına görə,  AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Akademiyanın illik ümumi yığıncağında yeni tərkib barədə məlumat verib. Onun sözlərinə görə, yeni tərkib 11 nəfərdən ibarətdir. 

Yeni tərkib aşağıdakı kimidir: 

- Akademiyanın prezidenti akademik Ramiz Mehdiyev

- Birinci vitse-prezident akademik İsa Həbibbəyli 

- Birinci vitse-prezident akademik İbrahim Quliyev

- Vitse-prezident akademik Tofiq Nağıyev

- Vitse-prezident akademik Dilqəm Tağıyev 

- Vitse-prezident akademik Nərgiz Paşayeva

- Vitse-prezident akademik İradə Hüseynova

- Vitse-prezident akademik Rasim Əliquliyev

- Akademik katib akademiyanın müxbir üzvü Əminağa Sadıqov 

- Akademiyanın Naxçıvan büro bölməsinin sədri akademik İsmayıl Hacıyev 

- Akademiyanın Gəncə bölməsinin sədri akademik Fuad Əliyev

Yeni tərkib səsverməyə qoyulub və təsdiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1578

Oxşar yazılar