Bu gün saat 12:30 radələrində Binəqədi rayonu Binəqədi şosesində avtomobillə qaz xəttini vuraraq zədələyiblər.
Bu barədə Lent.az-a "Azəriqaz"ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, fərdi yaşayış evlərindən birinin sayğacı da sıradan çıxıb. 300 abonentin qaz təchizatında müvəqqəti olaraq fasilə yaranıb.