2019-cu il dünyada bir-birindən maraqlı, qorxulu və həyəcanlı proseslərlə yadda qalıb.
Lent.az xəbər verir ki, bu il dünya ölkələrində baş verənlər arasında böyük ajiotaj yaradan çevrilişlər, silahlı hücumlar, etiraz aksiyaları və başqa siyasi proseslər var:
23 yanvar - Venesuela parlamentinin spikeri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan etdi.
15 mart - Yeni Zelandiyanın Kristçurç şəhərindəki iki məscidə təşkil edilən silahlı hücum zamanı 51 nəfər öldü və 49 nəfər yaralandı.
25 mart - ABŞ Prezidenti Donald Tramp "ABŞ-ın Golan yüksəklikləri üzərindəki İsrailin suverenliyini rəsmi olaraq tanıdığını" elan edən sərəncam imzaladı.
11 aprel - Sudanda ordu hakimiyyəti ələ keçirdi. Prezident Ömər əl-Bəşir həbs olundu, Müdafiə naziri Avad bin Avfın rəhbərlik etdiyi Hərbi Keçid Şurası isə 2 illik keçid dövrünü elan etdi.
17 iyun - Misirin ilk demokratik seçilmiş prezidenti Məhəmməd Mursi məhkəmə salonunda öldü.
28 iyul - Moskvada müxalifətçi namizədlərin bələdiyyə seçkilərinə buraxılmamasına etiraz olaraq icazəsiz aksiya keçirilib. Etiraz aksiyası zamanı DİN-in məlumatına görə 300 nәfәr, qeyri-rəsmi məlumatlara görə isə, 1000-dən çox iştirakçı polis tərəfindən saxlanıldı.
14 sentyabr - Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"-ya məxsus iki obyekt pilotsuz uçuş aparatı tərəfindən partladıldı.
1 oktyabr - İraqda işsizlik, korrupsiya və dövlət qulluğunun olmamasına etiraz olaraq nümayişlər başladı. Nümayişlərdə ən azı 450 nəfər ölmüş və 1900-dən çox insan yaralanmışdı.
1 noyabr - ABŞ ordusu Suriyada İŞİD terrorçularına təşkil etdiyi əməliyyat zamanı Əbu Bəkr əl-Bağdadini öldürdü.
11 noyabr - oktyabrın 26-da Boliviyada keçirilən prezident seçkilərinin ilk turunda qalib gələn, səslərin sayılması iddiaları ilə əlaqədar ölkədə etirazlara səbəb olan prezident Evo Morales, ordunun təzyiqi ilə istefa verdi.
15 noyabr - Gürcüstanda 2020-ci il parlament seçkilərinin proporsional sistem üzrə keçirilməməsinə görə etiraz aksiyaları başladı. Aksiyalar 10 gündən çox davam etdi.
19 noyabr 2019- İranda benzinin qiyməti 2 dəfə qaldırılması qərarından sonra ölkənin bir neçə şəhərin etiraz aksiyaları başladı. Etiraz aksiyalarının ilk 4 günündə 100 nəfərin ölümü qeydə alındı.