Pilotsuz yük daşıyan YENİ TƏYYARƏ
19 dekabr 2019 19:44 (UTC +04:00)

Pilotsuz yük daşıyan YENİ TƏYYARƏ

"Elroy Air" şirkəti 500 km-dək məsafəyə 135 kq-dan çox yükü özü çatdıra bilən avtonom təyyarə hazırlayıb.

Lent.az "ictnews"a istinadən xəbər verir ki, şirkətin mühəndisləri təyyarənin yerüstü nəqliyyat vasitələrinin bir hissəsini əvəz edə biləcəyinə əmindirlər.

Şirkət kommersiya, humanitar və hərbi sənaye sahələrində böyük müştəri kütləsinə xidmət göstərməyi planlaşdırır və sınaq uçuşundan sonra bir neçə sifariş alacağına əmindir. "Məqsədimiz infrastrukturdan asılı olmayan yeni nəqliyyat növü yaratmaqdır" – "Elroy Air" şirkətinin Strategiya və biznesin inkişafı departamentinin direktoru Kofi Asante deyib.

Şirkətin məlumatına görə, dünyada 1 milyarddan çox nəfər avtomobil yollarından kənarda yaşayır və müxtəlif ölkələrin hökumətləri, humanitar təşkilatlar və kommersiya təşkilatları ora tibbi ləvazimatlar, bağlamalar və tez xarab olan malların çatdırılması üçün yollar axtarırlar. Yeni təyyarə bu problemi həll edəcək.

# 861
avatar

Oxşar yazılar