Cəlilabadda qadın yıxıldı, əlindəki bıçaq qarnını deşdi
29 sentyabr 2026 10:15 (UTC +04:00)

Cəlilabadda qadın yıxıldı, əlindəki bıçaq qarnını deşdi

0

Cəlilabadda qadın bıçaq xəsarəti alıb.

Lent.az-ın xəbərinə görə, hadisə axşam saatlarında rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

24 yaşlı Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onun qarnını deşib. Yaralı dərhal rayon xəstəxanasına hospitalizasiya olunub.

Hazırda müalicəsi xəstəxanada davam etdirilir.

İlkin məlumata görə o, yaxın qohumları ilə evdə turşu hazırlayırmış.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar