1973
10:48
19 Dekabr 2019

Rusiyada azərbaycanlının boynu kəsilmiş cəsədi aşkarlandı

Sankt-Peterburqda 50 yaşlı həmyerlimizin meyiti tapılıb.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə dekabrın 17-də saat 16:30-da şəhərin Vsevolozsk rayonunda qeydə alınıb.

Cəsədi tapılan Əli adlı azərbaycanlının 35 yaşlı dostu onunla 1 həftə əlaqə saxlaya bilmədiyini deyib. Narahat olan dostu onun kirayədə yaşadığı evə gedib. Qapını aça bilmədiyi üçün pəncərəni sındırıb evə daxil olduqda Əlinin cəsədini boynu kəsilmiş halda divanda aşkar edib.

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə göndərilib.

Faktla bağlı yerli polis şöbəsində araşdırma aparılır.

Dİgər xəbərlər