Müğənni Elariz Məmmədoğlu Amerikada dönərxana açıb.
Lent.az-ın məlumatına görə, Amerikaya köçən ifaçı bu barədə “Üç əlli” verilişində danışıb. Müğənni İlqar Sail veriliş zamanı E.Məmmədoğluna zəng edib. Telefon danışığı zamanı Elariz yeni məkan açdığını vurğulayıb:
“Təxminən 2-3 aya Azərbaycana gələcəm. Burada məkan açmışam. Dönər, şişdə kabab veririk. Bakı üçün çox darıxmışam. Görəndə ki, İlqar Sail zəng edib, sevindim”.