Yanğınsöndürənlər hadisə yerinə 4 dəqiqəyə  çatıb, yanğın yarım saata məhdudlaşdırılıb  - VİDEO
14 dekabr 2019 19:44 (UTC +04:00)

Yanğınsöndürənlər hadisə yerinə 4 dəqiqəyə  çatıb, yanğın yarım saata məhdudlaşdırılıb - VİDEO

 

"Hadisə yerinə 17 yanğın texnikası, 75 yanğınsöndürən cəlb edilib. Yanğında xəsarət alan yoxdur. Hadisə yerində iki "QAZel" markalı avtomobil qismən yanıb".

APA-nın xəbərinə görə, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi general Füzuli Əsədov bildirib. Onun sözlərinə görə, yanğın təxminən 300 kv. metr sahəni əhatə edib: “Yanğınla bağlı məlumat Böhran Xidmətinə saat 17:29-da daxil olub. Hadisə yerinə yanğınsöndürənlər təxminən 4 dəqiqəyə  çatıb. Bakının başqa rayonlarından əlavə qüvvələr gətirilib. Təxminən yarım saat ərzində yanğın məhdudlaşdırılıb".

# 3301
avatar

Oxşar yazılar