Maşında heç nə yoxdur dedi, oturacaqların içindən...
13 dekabr 2019 18:35 (UTC +04:00)

Maşında heç nə yoxdur dedi, oturacaqların içindən...

Gürcüstandan qanunsuz telefon gətirən şəxs saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz C200" markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

O, sorğu-sual zamanı idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin oturacaqlarının içərisində 6 ədəd "Samsung Galaxy A10S" markalı mobil telefon aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1782

Oxşar yazılar