Rusiyada yaşayan müğənnimizin başına iş gəldi - 14 minə yaxın pulu...
13 dekabr 2019 15:45 (UTC +04:00)

Rusiyada yaşayan müğənnimizin başına iş gəldi - 14 minə yaxın pulu...

Rusiyada yaşayan azərbaycanlı müğənni Fəqan Səfərov yeni "Qurbanı oldum” adlı klipini təqdim edib.

Lent.az-a açıqlama verən ifaçı bildirib ki, ekran işi ona ucuz başa gəlməyib:

"Əslində 2019-cu il sənətimdə çox uğurlu il oldu. İfa etdiyim mahnılar sevildi. Uğursuzluqlar da oldu. Məsələn, maşınımı əzdilər və daha 1-2 nüanslar da oldu. Ən sonuncu başıma gələn hadisə isə bu gün təqdim etdiyim klipin çəkilişi zamanı baş verdi. Yeni aldığım avtomobilimi yardılar, pullarımı oğurladılar. Bir sözlə, bu klip mənə 500 min rubla ( 13 888 manata ) başa gəldi. Heç bir zaman həyatımda baş verən hər hansı hadisəyə görə peşman olmuram. Təki itən pul olsun. Əsas odur ki, yekunda gözəl klip ərsəyə gəldi. Tərəf müqabilim isə gözəllik müsabiqəsinin qalibidir".

Qeyd edək ki, Fəqan Səfərov “Azəri star” yarışmasının iştirakçısıdır. O bir neçə ildir Rusiyada yaşayır.

 

 

# 3150
avatar

Yalçın UĞUR

Oxşar yazılar