Yeni ilin astanasında Handicraft Baku inanılmaz surprizlər hazırlayıb - FOTO - VİDEO
10 dekabr 2019 16:44 (UTC +04:00)

Yeni ilin astanasında Handicraft Baku inanılmaz surprizlər hazırlayıb - FOTO - VİDEO

Bir sərgi - iki fərqli məkanda və fərqli mövzularda.

Biz artıq dekabr ayının 13-dən Rotunda Hall-da saat 18:00-dan 00:00-dək “Axşam Bazarı” moda tədbirindən əylənməyə başlayacayıq. Burada bir qədəh kokteyl içərək Azərbaycan dizaynerlərinin dəbli yeniklərindən və Garage Sale-nin ən dəbli blogerlərindən zövq alacaqsınız, ən əsası xüsusi məsləhətçi heç kimi laqeyd qoymayan obrazları ilə Sizə öz məsləhətlərini verəcək. Yerli sənətkarların stendlərini (#wakeupartists) unutmuruq – onların işləri və şəxsən özləri ikə tanış olmaq üçün əla fürsət.

Gecənin sonunda isə DJ-lərin və Dihaj qrupunun musiqiləri ilə bayram atmosferinə girəcəksiniz.

Bir gün sonra isə, 14 dekabr Passaj-da Handicraft Baku “Let It Snow” sərgisi ilə Sizi 90-cı illərin bayram atmosferinə salacaq. Sizi canlı musiqi, maraqlı əl işləri, dadlı yeməklər və yaxınlarınız üçün Yeni ilə xüsusi qiymətlər ilə geniş hədiyyə seçimi gözləyir.

Handicraft Baku hamınızı səbirsizliklə gözləyir!

# 1393
avatar

Oxşar yazılar