Nobel Sülh Mükafatı təqdim edildi
10 dekabr 2019 16:39 (UTC +04:00)

Nobel Sülh Mükafatı təqdim edildi

Bu gün Nobel Sülh Mükafatının təqdimat mərasimi keçirilib.

APA-nın Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, mərasim Norveçin paytaxtı Oslo şəhərində baş tutub.

2019-cu il Nobel Sülh Mükafatı Efiopiya Baş Naziri Abiy Əhməd Əliyə təqdim edilib.

Baş Nazir Efiopiya və Eritreya arasındakı müharibəni başa çatdırmaq üçün göstərdiyi səylərə görə bu mükafata layiq görülüb.

# 1235
avatar

Oxşar yazılar