Bakı-Sumqayıt yolu bağlandı - YENİLƏNİB
10 dekabr 2019 10:05 (UTC +04:00)

Bakı-Sumqayıt yolu bağlandı - YENİLƏNİB

"Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb".

Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, bu səbəbdən ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb:

"Sərnişinlərimizdən anlayış göstərmələrini xahiş edirik. Eyni zamanda, sürücülərdən zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələrini tövsiyə edirik".

***

09:58

"Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş güclü yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb".

Bu barədə Lent.az-a "Xaliq Faiqoğlu" MMC-dən məlumat verilib. Bildirilib ki, bu səbəbdən ərazidən keçən 119, 135 və 199 saylı marşrut xətləri üzrə gecikmələr müşahidə edilir:

"Sərnişinlərimizdən anlayış göstərmələrini xahiş edirik".

# 2947
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar