Keçmiş ər arvadını və qaynını bıçaqladı
09 dekabr 2019 13:01 (UTC +04:00)

Keçmiş ər arvadını və qaynını bıçaqladı

Bakıda bacı və qardaşı bıçaqlandı.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, dekabrın 7-də Bakı şəhər sakini E.Qırxlarov M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan keçmiş həyat yoldaşı A.Qırxlarovanın evinə gələrək ona və qardaşına bıçaqla xəsarət yetirib. Bu barədə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin  126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma)  maddəsi ilə cinayət işi başlanıb. Bakı Şəhər Baş Polis İdarəsi və 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qırxlarov saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

# 632
avatar

Mehman Nəbiyev

Oxşar yazılar