Bu marşrutun avtobusları "qeybə çəkildi": Sakinlər əlacsız qalıb - VİDEO  - YENİLƏNİB
02 oktyabr 2026 13:23 (UTC +04:00)

Bu marşrutun avtobusları "qeybə çəkildi": Sakinlər əlacsız qalıb - VİDEO - YENİLƏNİB

0

"166 nömrəli avtobusların yenilənməsi məqsədilə marşrut xətti müsabiqəyə çıxarılıb".

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd olunub ki, eyni zamanda, marşrutun daşıycısına xətt üzrə nizamlı fəaliyyətin təmin edilməsi, avtobusların saz vəziyyətdə saxlanılması və avtobus sayının tələbata uyğun tənzimlənməsi barədə tapşırıq verilib:

"Avtobusun keçdiyi küçə və prospektlərdə, xüsusilə də xüsusi hərəkət zolağının olmadığı ərazilərdə yaranan nəqliyyat sıxlığı avtobuslararası intervalın arrtmasına səbəb olur. Hazırda Bakı şəhərində 43 küçə və prospektdə ümumi uzunluğu 117 km-ə yaxın xüsusi hərəkət zolağı təşkil edilib. Bu istiqamətdə təhlillər aparılır və monitorinqlər həyata keçirilərək avtobus zolaqlarının təşkili davam etdirilir".

***
11:37

Bakıda sərnişinlər hər gün 1 saat avtobus gözləyirlər. 

Lent.az-a müraciət edən sərnişinlər bildiriblər ki, Sabunçu rayonu Zabrat qəsəbəsində (Ayxan marketin yaxınlığında) 166 nömrəli avtobusla bağlı hər gün problem yaşayırlar. 

Onlar qeyd edirlər ki, bu gün avtobusu bir saatdan çox gözləsələr də, 166 nömrəli avtobus gəlməyib. Gözləməkdən yorulan sərnişinlərin bir qismi yolu piyada getməli olub.

Şikayətçilərin sözlərinə görə, avtobus gələndə də minmək müşkülə çevrilir. Səbəb isə bu marşrutdakı köhnə avtubosuların çox vaxt həddindən artıq dolu olmasıdır. Bəzən isə avtobuslar yolda texniki problem yaşadığı üçün hərəkət edə bilmir. Sərnişinlər təkərin boşalması kimi halların da baş verdiyini deyiblər.

Onlar qeyd ediblər ki, problem təkcə bu günlə bağlı deyil. Digər günlərdə də 166 nömrəli avtobusu uzun müddət gözləmək, daha sonra isə sıxlıq səbəbindən avtobusa minə bilməmək adi hala çevrilib.

Sərnişinlərin sözlərinə görə, Zabrat yolundakı tıxac da vəziyyəti daha da çətinləşdirir. Elə vaxt olur ki, yolda heç bir nəqliyyat vasitəsi hərəkət edə bilmir.

Sərnişinlər 166 nömrəli avtobusların yenilənməsini və marşrut üzrə avtobusların sayının artırılmasını istəyirlər.

Bəs problem nə vaxt həll olunacaq? Zabrat yolunda avtobusların hərəkətini rahatlaşdırmaq üçün avtobus zolağının çəkilməsi və ya digər tədbirlərin görülməsi nəzərdə tutulurmu?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlamışıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 722

Oxşar yazılar