10 mindən çox abonent təbii qazla təmin olunub
19 oktyabr 2026 15:19 (UTC +04:00)

10 mindən çox abonent təbii qazla təmin olunub

0

Hazırda işğaldan azad olunmuş 10 şəhər və rayonda 10 665 əhali abonenti təbii qazla təmin olunur. 

Lent.az xəbər verir ki, bunu istehsalat birliyinin Qarabağ Regional Qaz İstismarı İdarəsinin (RQİİ) baş mühəndisi Qiyas Abdullayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə yeni yaşayış məntəqələrinin salınması və əhalinin doğma yurdlarına qayıdışının davam etdirilməsi ilə qaz infrastrukturunun genişləndirilməsi və yeni abonentlərin təbii qaz şəbəkəsinə qoşulması istiqamətində işlər də mərhələli şəkildə davam etdirilir.

O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində əhalinin dayanıqlı və etibarlı təbii qazla təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir: "“Azəriqaz” həmin ərazilərdə yaradılan və yenidən qurulan qaz infrastrukturu hesabına yaşayış məntəqələrinin qaz təchizatı mərhələli şəkildə təmin olunur. Hazırda işğaldan azad olunmuş ərazilərdə təbii qazla təmin olunan 10 665 əhali abonenti qeydiyyata alınıb. 
Təbii qazla təmin olunan ərazilər üzrə abonentlərin sayı belədir:
•    Ağdərə rayonu – 769 abonent
•    Laçın rayonu – 1 019 abonent
•    Şuşa şəhəri – 42 abonent
•    Xocalı rayonu – 1 411 abonent
•    Xankəndi şəhəri – 2 930 abonent
•    Cəbrayıl şəhəri – 1 643 abonent
•    Zəngilan rayonu – 575 abonent
•    Kəlbəcər şəhəri – 163 abonent
•    Ağdam rayonu – 1 181 abonent
•    Xocavənd rayonu – 932 abonent

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar