“Qarabağ”ın qapıçısının Superliqa klubu ilə anlaşacağı gözlənilir
06 dekabr 2019 18:54 (UTC +04:00)

“Qarabağ”ın qapıçısının Superliqa klubu ilə anlaşacağı gözlənilir

“Qarabağ”ın qapıçısı Asmir Beqoviçin icarə müddəti başa çatacağından qışda yenidən “Bornmut”a qayıdacaq.

Apasport.az “sportinfo”ya istinadən xəbər verir ki, bosniyalı qolkiper İngiltərə klubuna yollansa da, orada qalmayacaq. 

32 yaşlı qapıçının xidmətində “Çaykur Rizəspor” maraqlıdır. Beqoviçin qışdan sonra Türkiyəyə yollanaraq Rizə təmsilçisi ilə anlaşacağı gözlənilir. 
Rizə klubu hazırda Türkiyə Superliqasında 11-ci yerdədir.

# 1673
avatar

Oxşar yazılar