Nurməhəmmədov: “Bu, UFC tarixinin ən böyük döyüşü olacaq”
05 dekabr 2019 15:27 (UTC +04:00)

Nurməhəmmədov: “Bu, UFC tarixinin ən böyük döyüşü olacaq”


UFC-nin yüngül çəkidə çemрionu, rusiyalı döyüşçü Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov açıqlama verib. Lent.az-ın məlumatına görə, o, oğlunun gələn il keçiriləcək növbəti döyüşü haqda fikir bildirib.

A.Nurməhəmmədov Həbiblə Toni Ferqyuson arasında baş tutacaq döyüşü nəinki yüngül çəkinin, ümumiyyətlə, UFC tarixinin ən böyük hadisəsi adlandırıb: “Hamının uzun müddətdir gözlədiyi görüş, nəhayət, reallaşacaq. Həmin günə çox ciddi hazırlaşırıq. Azarkeşlər də bu görüşü səbirsizliklə gözləyirlər. Çünki UFC tarixinin ən böyük döyüşü olacaq”.

Həbib və Toni oktaqona 2020-ci il, aprelin 18-də çıxacaqlar. Onların döyüşü Nyu-Yorkda keçiriləcək.

Qeyd edək ki, H.Nurməhəmmədov və T.Ferqyuson UFC-nin yüngül çəkidə reytinqinə başçılıq edirlər. Həbib çemрionluğa məhz Tonidən sonra yiyələnib.

# 1297
avatar

Rizvan Babayev

Oxşar yazılar