İŞİD liderinin müavini ələ keçdi
04 dekabr 2019 03:57 (UTC +04:00)

İŞİD liderinin müavini ələ keçdi

 

İraqın Əl-Sumariya televiziya kanalı İŞİD-in əsas fiqurlarından birinin ələ keçirildiyini xəbər verib.

APA-nın “İnterfax”a istinadən verdiyi məlumata görə, tutlan şəxs oktyabr ayında öldürülən İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin müavini Hаmid Şaker Sabaa əl-Bədridir.

İraqın Kərkük əyalətində tutulan terrorçunun kirayələdiyi mənzildə saxta adla gizli yaşadığı məlum olub. 

Salah əd-Din əyalətinin hərbi əmiri hesab edilən Hamid Şaker Sabaa əl-Bədri kəşfiyyat işləri ilə məşğul olduğu bildirilir.

Qeyd edək ki, oktyabr ayında ABŞ hərbçiləri tərəfindən Suriyada keçirilən xüsusi əməliyyat zamanı İŞİD lideri əl-Bağdadi öldürülüb. Bağdadinin ölümü İŞİD tərəfindən təsdiqləndikdən sonra terror qruplaşmasına onun varisi - Əbu İbrahim əl-Haşimi əl-Qureişi rəhbər seçilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1068

Oxşar yazılar