500 min sənədsiz evlə bağlı Bakı Şəhəri İcra Hakimiyyətindən AÇIQLAMA
03 dekabr 2019 09:07 (UTC +04:00)

500 min sənədsiz evlə bağlı Bakı Şəhəri İcra Hakimiyyətindən AÇIQLAMA

“Sənədsiz evlər ilə bağlı yaradılmış komissiyalar öz işini davam etdirirlər”.

Bu sözləri Lent.az-a açıqlamasında Bakı Şəhəri İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib. O bildirib ki, komissiyalar tərəfindən hər rayon üzrə aidiyyəti ərazilərə dair araşdırmalar aparılır:

“Komissiyaların işləri yekunlaşdıqdan sonra bizə məlumat veriləcək və tərəfimizdən lazımi işlərə başlanılacaq”.

BŞİH sözçüsü qeyd edib ki, proseslə bağlı çətinliklər qalmaqdadır:

“Çünki yüksəkgərginlikli elektrik xətləri altında, kommunikasiya xətlərinin üstündə, neft kəmərləri zonasında tikilən evlər mövcuddur. Buna görə də araşdırmalar çox vaxt aparır”.

İ.Kərimov əlavə edib ki, komissiyaların tərkibinə rayon icra hakimiyyətlərinin, bələdiyyələrin, FHN-in, hazırda İqtisadiyyat Nazirliyinin tərkibinə daxil edilən Əmlak Məsələləri Dövlət Komitəsinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), “Azəriqaz” İB-in,“Azərişıq” və “Azərsu” ASC-nin nümayəndələri daxildir.

Xatırladaq ki, hazırda Bakıda 500 minə yaxın sənədsiz tikilinin olduğu qeyd edilir. Bunların əksəriyyəti isə vətəndaşların yaşadığı fərdi evlərdir.

# 17417
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar