17:19
01 Dekabr 2019

İmperator sarayı xalq üçün açıldı - FOTOLENT

Tokiodakı İmperator sarayının içərisindəki İnui xiyabanı payız yarpaqlarını seyr etməyi sevənlər üçün açılıb.

Həmin xiyaban ildə iki dəfə - yazda sakura çiçəkləyəndə və payızda yarpaqlar qızaranda Yaponiya sakinləri üçün açılır. Bu qayda 2014-cü ildən başlayaraq tətbiq olunur.

Qeyd edək ki, ümumi uzunluğu 600 metr olan xiyabanboyu ağcaqayın ağacının Yaponiyada yetişdirilən səkkiz növü əkilib. Həmin ağacları seyr etmək istəyənlər sarayın Sakaşita-mon qapısından daxil olaraq xiyabanboyu hərəkət edirlər. Xiyabanla hərəkət edən hər bir şəxs tam sərbəstliklə buradakı yarpaqların gözəlliyini foto və video kamera ilə çəkə bilərlər.

Xatırladaq ki, hazırda Yaponiyada payız yarpaqlarından zövq almaq fəsli özünün ən qızğın çağındadır.

Xiyaban ziyarətçilər üçün dekabrın 8-dək açıq olacaq.

(AZƏRTAC)

Dİgər xəbərlər