1495
15:59
27 Noyabr 2019

Fövqəladə Hallar Nazirliyi əməkdaşları növbəti uğura imza atıblar

Noyabrın 22-24-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində Alpaqut Turan döyüş sənəti üzrə İkinci Dünya Çempionatı keçirilib. Çempionatda 22 ölkədən 500-dən çox idmançı mübarizə aparıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Lent.az -a verilən məlumata görə, yarışlarda FHN-in əməkdaşları yüksək nəticələr göstəriblər.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin N saylı hissəsinin baş yanğınsöndürəni daxili xidmət çavuşu, Kunq-fu Sanda üzrə Respublika üçüncüsü, Alpaqut üzrə ikiqat Azərbaycan çempionu Useynov Tural 74 kq çəki dərəcəsində Alpaqut döyüşünün Caymaz və Batur (MMA) növlərində 1-ci yerə, DYMX-nin Bakı şəhəri Neft emalı müəssisələrinin mühafizəsi üzrə yanğından mühafizə dəstəsinin N saylı yanğın hissəsinin yanğınsöndürəni daxili xidmət sıravisi, Qriplinq üzrə Respublika çempionu Fərid Nəsirov 70 kq çəki dərəcəsində Alpaqut döyüşünün Batur (MMA) növündə 2-ci yerə, Dövlət Yanğından Mühafizə Xidmətinin N saylı hissəsinin yanğınsöndürəni daxili xidmət çavuşu Abbas Abbaslı Alpaqut döyüşünün Batur (MMA) növündə- 2-ci yerə və Qurşaq sistemində (Qriplinq) 3-cü yerə, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcı daxili xidmət çavuşu, Alpaqut idman növü üzrə Avrasiya kubokunun qalibi, Dünya çempionu Elvin Mirzəyev 60 kq çəki dərəcəsində Alpaqut döyüşünün Caymaz növündə 1-ci yerə çıxıblar..

FHN-in İdman-Sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev idmançıları qazandıqları nailiyyətlərə görə təbrik edib, növbəti yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Dİgər xəbərlər