Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Bakı-Qazax yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 72 yaşlı İsmayılov Rafiq İsmayıl oğlunun idarə etdiyi “VAZ-21010” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.
Faktla bağlı araşdırma aparılır.