Dünyanın ən dərin   metro stansiyası
31 avqust 2026 14:00 (UTC +04:00)

Dünyanın ən dərin metro stansiyası

0

Metro demək olar ki, hər bir böyük şəhərdə mövcuddur. Eskalatorlar, tunellər və standart platformalar artıq adi görünür. Lakin dünyada elə metro stansiyaları var ki, onların mühəndislik göstəriciləri hətta təcrübəli səyyahları belə təəccübləndirə bilər.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Çinin Çuntsin şəhərində yerləşən “Hongyancun” metro stansiyası yerin 116 metr dərinliyində yerləşir. Bu, təxminən 40 mərtəbəli binanın hündürlüyünə bərabərdir.

“Hongyancun” stansiyası 25 yanvar 2022-ci ildə istifadəyə verilib. Bundan əvvəl dünyanın ən dərin metro stansiyası hesab edilən Kiyevin “Arsenalna” stansiyası 105,5 metr dərinlikdə yerləşirdi. 1960-cı ildə açılan stansiya bu rekordu yarım əsrdən artıq qoruyub saxlamışdı. Çindəki yeni stansiya isə bu göstəricini təxminən 11 metr üstələyib.

Burada sərnişinlərin platformaya çatması üçün bir neçə eskalatordan istifadə etməsi tələb olunur və bütün yol təxminən 10 dəqiqə çəkir. Bunun əsas səbəbi Çuntsinin coğrafi mövqeyidir. Şəhər dağlıq ərazidə yerləşir və burada yüksəklik fərqləri olduqca böyükdür. Metro xətlərinin tikintisi zamanı mühəndislər tunelləri yalnız yerin altında deyil, həm də təpələrin və qayalıqların içindən keçirməli olurlar. Sıx şəhər tikintisi də layihələri daha mürəkkəb edir.

Bu səbəbdən Çuntsində dərin metro stansiyalarının tikilməsi sadəcə memarlıq seçimi deyil, coğrafi şəraitdən irəli gələn zərurətdir. Maraqlıdır ki, Çuntsində təkcə dünyanın ən dərin stansiyalarından biri deyil, həm də yer səviyyəsindən xeyli yüksəkdə yerləşən metro stansiyası var. “Hualongqiao” stansiyasının yer səviyyəsindən təxminən 48 metr yüksəklikdə yerləşdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 112

Oxşar yazılar