Ermənilər üçün gözlənilməz oldu - İcma sədri ABŞ səfərindən danışdı
26 noyabr 2019 11:45 (UTC +04:00)

Ermənilər üçün gözlənilməz oldu - İcma sədri ABŞ səfərindən danışdı

 

“Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndə heyətinin erməni lobbisinin güclü olduğu Los Ancelesə səfəri çox vacib idi”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev icma üzvlərinin ABŞ-ın Los-Anceles və Türkiyənin paytaxtı Ankara şəhərindəki görüşlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

"İlk beynəlxalq səfərin Los Ancelesə olması vacib idi. Erməni diasporunun güclü olduğu bir şəhərə səfərimiz onlar üçün gözlənilməz idi. Burada peşəkar və məhsuldar görüşlər keçirildi", - deyə Tural Gəncəliyev bildirib.

İcma sədrinin sözlərinə görə, Los Ancelesdə olan yəhudi icmasının nümayəndələri ilə yanaşı, Pakistan və türk icmaları ilə də bir sıra görüşlər keçirilib: “Onlar Azərbaycanın üzləşdiyi hərbi təcavüz barədə ətraflı məlumatlandırıldılar.

T.Gəncəliyev qeyd edib ki, Los Ancelesin ən böyük sinaqoqlarından birində böyük tədbir təşkil olunub.

O vurğulayıb ki, icmanın nümayəndələrinin Türkiyə səfəri də uğurlu olub.

T.Gəncəliyev yaxın gələcəkdə də bu cür səfərlərin olacağını diqqətə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1059

Oxşar yazılar