Dörd uşaq anası iki öpüşə görə  həbs olundu
12 oktyabr 2026 16:13 (UTC +04:00)

Dörd uşaq anası iki öpüşə görə həbs olundu

0

Sinqapurda iki qardaşı zorla öpən 49 yaşlı, dörd uşaq anası həbs edilib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, qadın cinsi qısnama və ictimai asayişi pozma hallarına görə 4 ay 3 həftə müddətinə azadlıqdan məhrum edilib.

Hadisə 2024-cü il fevralın 12-də “Boon Lay” ticarət mərkəzində baş verib.

Qo Mey Çi adlı qadın ticarət mərkəzində gəzərkən 16 və 23 yaşlı iki qardaşı görüb. O, qəfil gənclərə yaxınlaşaraq hər ikisini yaxasından tutub və onların razılığı olmadan yanaqlarından və dodaqlarından öpüb.

İstintaq zamanı məlum olub ki, qadın hadisədən əvvəl 10 bokal pivə içib.

O, fevralın 14-də polis tərəfindən saxlanılıb, lakin məhkəməyə gəlmək öhdəliyi ilə sərbəst buraxılıb.

Buna baxmayaraq, qadın spirtli içki qəbul etməyə və qanun pozuntularına davam edib.

Belə ki, martın 5-də kafelərdən birində bir neçə pivə şüşəsini yerə çırpıb. Həmin ilin sentyabrında isə Bun-Ley yaşayış massivində sərxoş vəziyyətdə qalmaqal yaradıb.

Hadisə yerinə gələn polis əməkdaşları qadına evinə getməyi tövsiyə ediblər. Lakin o, polislərə qışqırmağa və müqavimət göstərməyə başlayıb. Nəticədə qadın yenidən saxlanılıb.

Oktyabrın 9-da məhkəmə bütün bu hadisələrlə bağlı hökm çıxarıb.

Məhkəmə qarşısında çıxış edən dörd uşaq anası bir daha qanunu pozmayacağına söz verib.

Qadın həmçinin yaşlı valideynlərinə baxmalı olduğunu bildirərək vəziyyətinin nəzərə alınmasını istəyib.

Bununla belə, məhkəmə onu 4 ay 3 həftə müddətinə azadlıqdan məhrum edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 352

Oxşar yazılar